Koronavirus qurbanlarının sayı 108 mini ötdü

 Koronavirus qurbanlarının sayı 108 mini ötdü
  12 Aprel 2020    Oxunub:2886
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 1 milyon 780 min 649 nəfərə çatıb.
Azvision.az Worldometers -ə istinadən xəbər verir ki, hazırda virusdan ölənlərin sayı 108 min 837 nəfərdir. İndiyədək 404 min 442 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  






Xəbər lenti