İranda əyalətlərarası səfərlər bərpa olunur

İranda əyalətlərarası səfərlər bərpa olunur
  12 Aprel 2020    Oxunub:2348
İran hakimiyyəti koronavirus səbəbiylə bölgələr arasında qadağan edilmiş səfərləri bərpa etməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib. Onun sözlərinə görə, aprelin 20-dən əyalətlərarası səfərlərin bərpa olunacağı planlaşdırılır.

Ruhani, həmçinin deyib ki, bazar günündən etibarən əyalətlər daxilində şəhər və rayonlara səyahət qadağası ləğv edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus   Ruhani  






Xəbər lenti