Türkiyənin daxili işlər naziri istefa verdi

   Türkiyənin daxili işlər naziri istefa verdi
  13 Aprel 2020    Oxunub:4496
Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefaya gedib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Nazir istefası ilə bağlı açıqlamasında bildirib: "Virusun qarşısını almaq üçün əzmlə apardığımız prosesin tərkib hissəsi olan həftəsonu küçəyə çıxmama qərarının tətbiqinin məsuliyyəti tamamilə mənim üzərimə düşür. Qadağanın tətbiqinin ilk saatlarında ortaya çıxan görüntülər mükəmməl şəkildə aparılan prosesə uyğun gəlmədi. Belə bir hadisə olmamalı idi. Bu qərar virusun qarşısını almağa hesablanmış addım idi.

Heç bir zaman zərər vermək istəmədiyim əziz millətimiz, həyatımın sonuna qədər sadiq qalacağım cənab Prezidentim məni bağışlasın. Şərəflə icra etdiyim daxili işlər naziri vəzifəmdən istefa verirəm. Bütün dostlarıma, iş yoldaşlarıma xudahafiz. Allah millətimizi qorusun".



Azvision.az


Teqlər: Türkiyə   DİN   Nazir   İstefa  






Xəbər lenti