Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılır

 Gürcüstanda fövqəladə vəziyyət rejimi uzadılır
  14 Aprel 2020    Oxunub:2670
Gürcüstan hökuməti ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-dək uzatmaq niyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya məlumat verib.

"Prezidentdən xahiş edirəm ki, yaxın günlərdə fövqəladə vəziyyət rejiminin mayın 10-dək uzadılması ilə bağlı parlamentə müraciət etsin",- deyə Baş Nazir bildirib.

Qaxariyanın sözlərinə görə, belə bir qərarın verilməsi Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq üçün vacibdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan  






Xəbər lenti