Rusiyada daha 3388 nəfər koronavirusa yoluxdu

 Rusiyada daha 3388 nəfər koronavirusa yoluxdu
  15 Aprel 2020    Oxunub:2329
Rusiyada son sutka ərzində koronavirusa 3388 yeni yoluxma qeydə alınıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla da ölkənin 84 regionu üzrə ümumi yoluxma sayı 24 min 490 nəfərə çatıb.

Bundan başqa, sutka ərzində 292 nəfər xəstəlikdən sağalıb, 28 nəfər ölüb. Bununla ölənlərin ümumi sayı 198 olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Covid-19  






Xəbər lenti