Almaniyada koronavirusa yoluxma sayı 134 minə yaxınlaşır

Almaniyada koronavirusa yoluxma sayı 134 minə yaxınlaşır
  17 Aprel 2020    Oxunub:3828
Almaniyada son sutka ərzində koronavirusa yoluxma sayı 3380 nəfər artaraq 133 min 830-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Robet Koxa institutu məlumat yayıb.

Bildirilir ki, ölkədə bir gündə 299 nəfər infeksiyadan ölüb. Bununla da ölənlərin ümumi sayı 3868 nəfər olub. Həkimlər, eyni zamanda ötən dövr ərzində təqribən 81 min 800 insanın sağaldığını bildiriblər.

Məlumata görə, ən çox yoluxma halı Bavariyada (36,027), Şimali Reyn-Vestfaliya (27,030) və Baden-Vürtemberqdə (26,543) aşkar edilib. Berlində 4945 koronavirus infeksiyası qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus   Covid-19  






Xəbər lenti