Qazaxıstanda MİQ-31 qırıcılarının uçuşları dayandırıldı

Qazaxıstanda MİQ-31 qırıcılarının uçuşları dayandırıldı
  17 Aprel 2020    Oxunub:2942
Qazaxıstan MİQ-31 qırıcılarının uçuşlarını dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı Nurlan Ormanbetov bildirib.

Onun sözlərinə görə, qəzanın səbəbləri dəqiqləşənə qədər hərbi təyyarələrin uçuşları dayandırılır. Komissiyanın araşdırmaları yekunlaşdıqdan və qabaqlayıcı tədbirlər görüldükdən sonra MiQ-31 təyyarələrinin uçuşları bərpa ediləcək.

Xatırladaq ki, aprelin 16-da Qazaxıstanda MİQ-31 hərbi təyyarəsi Karaqanda rayonunda qəzaya uğrayıb. Təyyarənin pilotu isə katapult etməyi bacarıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   MİQ-31  






Xəbər lenti