Türkiyədə kuryer 79 yaşlı qadını qətlə yetirib

Türkiyədə kuryer 79 yaşlı qadını qətlə yetirib
  18 Aprel 2020    Oxunub:3555
Türkiyənin Bakırköy vilayətində kuryer 79 yaşlı qadını ayaqqabı bağı ilə boğaraq öldürüb.
Azvision.az "CNN Türk"ə istinadən xəbər verir ki, cinayət hadisəsi Bakırköyün Qartaltəpə məhəlləsində baş verib.

Meral Ahmetoğlu adlı qadın koronavirus səbəbi ilə çölə çıxa bilmədiyi üçün marketdən ərzaq sifariş verib. Sifarişi gətirən kuryer ondan ötən alış -verişdən qalan 8 lirəni istəyib. Qadının pulu vermədiyini görən kuryer onu ayaqqabı bağı ilə boğub və sonra onun mobil telefonunu oğurlayaraq mənzildən qaçıb.

Polis kamera vasitəsi ilə cinayətkarı müəyyən edərək saxlayıb.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   cinayət  





Xəbər lenti