Ərdoğan Döngəloğlunun vəfatı ilə bağlı başsağlığı verib
“Bir müddət koronavirusdan müalicə olunan, ömrünü İslamı öyrətməyə və anlatmağa həsr edən ilahiyyatçı-yazıçı Ömer Döngəloğlunun vəfatını dərin təəssüf hissi ilə öyrəndim. Dəyərli hocamıza Allahdan rəhmət, ailəsinə və bütün sevənlərinə başsağlığı diləyirəm. Məkanı cənnət olsun", - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, koronavirus testi müsbət çıxan Döngəloğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


