Türkiyədə daha 57 nəfər koronavirusdan öldü

   Türkiyədə daha 57 nəfər koronavirusdan öldü
  08 May 2020    Oxunub:3490
Türkiyədə son sutka ərzində 57 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1977 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3641, yoluxanlar isə 133 min 721 nəfərə çatıb.

Türkiyədə indiyədək 82 984 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti