"Gürcüstan hökuməti bizə göstəriş verə bilməz" - Ukrayna XİN
XİN rəsmisi rəsmi Tbilisiyə cavabında bildirib: "Biz Gürcüstanda ölkədaxili siyasi konteksti anlayırıq və ona müdaxilə etmirik, lakin bizim üçün Saakaşvili Ukrayna vətəndaşıdır. Dünyada heç bir dövlət bizim vətəndaşımızı hara təyin edib-etməməyimizə göstəriş verə bilməz".
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvilini İslahatlar Komitəsinə icraçı katib təyin edib. Bu təyinatdan sonra Gürcüstan XİN etiraz əlaməti olaraq Kiyevdəki səfirini geri çağırıb.
Azvision.az