Belarusda bir gündə 921 nəfər virusa yoluxdu

Belarusda bir gündə 921 nəfər virusa yoluxdu
  10 May 2020    Oxunub:4708
Belarusda son sutka ərzində 921 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Belarusda virusa yoluxanların ümumi sayı 22 min 973 nəfərdir. Koronavirus qurbanlarının sayı ötən gün 5 nəfər artaraq 131-ə çatıb. İndiyədək 6406 nəfər xəstəlikdən sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   virus  






Xəbər lenti