Ermənistanda banklara qarşı etiraz aksiyası keçirilir - VİDEO
"Bizim hərəkatımız “Soyğuna Yox ", "Kredit təşkilatlarına Yox” adlanır. Mübarizəmiz Mərkəzi Banka, bank sisteminə, onlar tərəfindən verilmiş lisenziyalı sələmçi təşkilatlara qarşıdır. Fövqəladə vəziyyət zamanı insanlara zəng vuran, onların çətin vəziyyətini nəzərə almadan pul tələb edən, vətəndaşı düşünməyən təşkilatların lisenziyalarının birmənalı şəkildə ləğvini tələb edirik”, - deyə aksiya iştirakçılarından olan Manuel Manukyan bildirib.
Mitinq iştirakçıları Mərkəzi Bankın nümayəndəsi ilə görüş tələb edirlər, əks halda oturaq aksiya keçirəcəklərini bəyan ediblər. Onlar tələbləri təmin olunana qədər hər gün aksiyanı davam etdirəcəklərini bildiriblər.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Aksiya Etiraz