Kabildə xəstəxanada partlayış törədilib
Bildirilir ki, partlayışdan sonra tibb işçilərinin yalnız bir hissəsi binanı tərk edə bilib. Xəstəxana binası hazırda atəşə tutulur, terrorçular əl bombalarından istifadə edirlər.
Polis xəstəxanaya hücumu təsdiqləyib, hadisə yerinə xüsusi bölmə cəlb olunub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Əfqanıstan