Rusiyada 5 deputat koronavirusa yoluxub

 Rusiyada 5 deputat koronavirusa yoluxub
  13 May 2020    Oxunub:3054
Rusiya Dövlət Dumasının beş deputatı koronavirus infeksiyasına yoluxub, onlardan biri artıq xəstəxanadan evə buraxılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin plenar iclasda deyib.

Onun sözlərinə görə, iki deputat evdə müalicə alır, daha iki nəfər isə stationar müalicədədir.

"Bizim beş deputatımız koronavirusa yoluxub, buna görə bütün ehtiyat tədbirlərinə əməl edilməsini istərdim. Üç nəfər xəstəxanada idi. İndi biri xəstəxanadan buraxılıb, iki deputat xəstəxanada, iki nəfər isə evdədir. Onlar hələlik ev şəraitində müalicə alırlar”, - Volodin deyib.

Daha əvvəl koronavirus diaqnozu ilə Kommunist Partiyasından olan deputatlar Leonid Kalaşnikov və Dmitri Novikov, eləcə də "Vahid Rusiya" nın deputatı Svetlana Maksimovanın xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Deputat   Koronavirus  





Xəbər lenti