Ukraynada koronavirusdan ölənlərin sayı 500-ə çatır

Ukraynada koronavirusdan ölənlərin sayı 500-ə çatır
  16 May 2020    Oxunub:4630
Ukraynada son sutka ərzində 528 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 17 min 858 nəfərə çatıb. Koronavirus qurbanlarının sayı 21 nəfər artaraq 497-yə yüksəlib. Bu günədək 4906 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Koronavirus  






Xəbər lenti