Özbəkistanda COVID-19-la bağlı son rəqəmlər

Özbəkistanda COVID-19-la bağlı son rəqəmlər
  17 May 2020    Oxunub:3612
Özbəkistanda koronavirusa yoluxanların sayı daha üç nəfər artaraq 2741-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Özbəkistanda 17 may səhər saatlarına olan məlumata görə, koronavirus infeksiyasına yoluxma hallarının sayı 2741-dir", - deyə nazirlikdən bildirilib.

İndiyədək virusa yoluxan 11 xəstə ölüb, 2213 nəfər sağalıb. Xəstələrdən yeddisinin vəziyyəti ağırdır.

Xatırladaq ki, Özbəkistanda iyunun 1-dək karantin elan edilib, bununla belə müəyyən yumşaldılma tədbirləri həyata keçirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  






Xəbər lenti