1700-ə yaxın ruhi xəstə səhvən evə buraxıldı

1700-ə yaxın ruhi xəstə səhvən evə buraxıldı
  28 May 2020    Oxunub:3975
Böyük Britaniya Krallığına bağlı olan Uelsdə 1694 ruhi xəstə yanlışlıqla evə buraxılıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səlahiyyətli şəxslər hazırda dəstəyə ehtiyacı olan xəstələrlə əlaqə qurmağa çalışırlar.

Bildirilib ki, koronavirusun yayılması fonunda ruhi xəstələrin vaxtından əvvəl evə buraxılmasında yanlışlığa yol verilib. Onların yenidən xəstəxanaya qaytarılması və müalicələrini davam etdirmələri istiqamətində işlər görülür.

Britaniyanın Milli Statistika İdarəsinin məlumatına görə, bu il İngiltərə və Uelsdəki xəstəxanalarda orta hesabla 40%-dən çox ölüm halı qeyd edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  





Xəbər lenti