İrandan Trampın yeni müqavilə təklifinə cavab
XİN rəsmisinin sözlərinə görə, İran heç vaxt danışıqlar masasını tərk etməyib və bu məsələdə məsuliyyət Birləşmiş Ştatların üzərindədir. Hər iki ölkə arasında məhbus mübadiləsini Zərif humanizm adlandırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytın sərbəst buraxılmasına görə İran hökumətinə minnətdarlığını bildirib və Tehranıı Prezident seçkilərinin sonuna qədər gözləməməyə, "ən yaxşı müqaviləni" indi bağlamağa çağırıb.
Şahanə Rəhimli
Azvision.az