Paşinyan bu dəfə müavinini yola salır
Baş nazirin müavinini vəzifəsindən azad etməsi üçün əlverişli məqam gözlədiyi iddia olunur və çox güman ki, bu, koronavirusun yayılma sürətinin əhəmiyyətli dərəcədə azalacağı iyunun sonunda baş verəcək.
Hazırda isə Avinyanın yerinə kimin gətiriləcəyi məsələsi müzakirə olunur. Onun vəzifəsinə indiki təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın təyin ediləcəyi barədə məlumatlar var. Paşinyanın bu seçimə meylli olduğu bildirilir.
Arutyunyanın təyinatı ilə bir daşla iki dovşan öldürmək mümkün olacaq - nazirlik bu sahəni başa düşməyən bir adamdan qurtulacaq, Paşinyanın yanında isə etibarlı şəxs olacaq. Ancaq hökumətin başqa bir qanadı Ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanı baş nazirin müavini görmək istəyir.
Xatırladaq ki, bir müddət əvvə Ermənistan mətbuatı Paşinyanın reytinqinin kəskin azalması fonunda Tiqran Avinyanın baş nazir ola biləcəyini yazırdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: TiqranAvinyan