Misirdə komendant saatı uzadıldı

Misirdə komendant saatı uzadıldı
  11 İyun 2020    Oxunub:2477
Misir hakimiyyəti çimərliklər və parkların bağlanması daxil olmaqla, koronavirusla əlaqədar məhdudiyyətləri iyunun sonuna qədər uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya naziri Usamə Haykal deyib.

"Komendant saatı bazar günündən başlayaraq axşam saat 8-dən səhər 04-dək davam edəcək. Hazırda komendant saatı 20.00-dan 05.00-dəkdir".

Nazir, həmçinin mağazaların həftənin bütün günlərində bir saat artıq - saat 18.00-a qədər işləməsinə icazə veriləcəyini söyləyib.

Çimərliklərə və parklara ziyarət qadağası iyunun sonuna qədər qüvvədə qalır, məhdud sayda əməkdaş dövlət qurumlarında işləməyə davam edəcək.

Bununla yanaşı, idman klubları iyunun 15-də işlərini bərpa edir, iyulun 1-dən etibarən isə koronavirus göstəricilərinin ən aşağı olduğu əyalətlərlə hava əlaqəsini bərpa etmək planlaşdırırlar.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 38,2 min koronavirus xəstəsi qeydə alınıb, 1342 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir  





Xəbər lenti