Ermənistanda 425 koronavirus xəstəsinin vəziyyəti ağırdır

Ermənistanda 425 koronavirus xəstəsinin vəziyyəti ağırdır
  12 İyun 2020    Oxunub:2435
Ermənistanda koronavirusa yoluxmuş 425 xəstə ağır vəziyyətdədir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirinin müavini Anait Avanesyan hökumətin iclasında bildirib.

"Hazırda 425 xəstənin vəziyyəti ağır, 100 xəstənin vəziyyəti isə həddindən artıq ağırıdr, 23 nəfər süni ventilyasiya cihazına qoşulub".

Xatırladaq ki, son məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı daha 612 nəfər artaraq 15281-ə yüksəlib, son sutkada 13 nəfər olmaqla, 258 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AnaitAvanesyan  






Xəbər lenti