İspaniyada COVID-19 qurbanlarının statistikası yeniləndi

İspaniyada COVID-19 qurbanlarının statistikası yeniləndi
  19 İyun 2020    Oxunub:2792
İspaniyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin ümumi sayı 28 313 nəfərdir. Bu, əvvəl açıqlanan statistikadan 1177 nəfər çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin direktoru Fernando Simon bildirib.

Onun sözlərinə görə, son həftələrdə Səhiyyə Nazirliyi təsdiq edilmiş koronavirus diaqnozundan ölənlərin sayını müəyyənləşdirməyə çalışıb və nəticədə yeni statistika məlum olub.

Bu həftənin cümə axşamı Səhiyyə Nazirliyi epidemiyanın başlamasından bəri 27 136 nəfərin koronavirus qurbanı olduğunu açıqlayıb.

Rəsmi məlumatlara görə, indiyədək ölkədə 245 mindən çox COVID-19-a yoluxma qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya  






Xəbər lenti