Ukraynada 8 minə yaxın tibb işçisi virusa yoluxub

Ukraynada 8 minə yaxın tibb işçisi virusa yoluxub
  20 İyul 2020    Oxunub:2355
Ukraynada son sutka ərzində daha 651 nəfər koronavirusa yoluxub. Onlardan 34-ü uşaq, 27 nəfəri tibb işçisidir.
Azvision.az Ukrayna Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 59 min 493 nəfərə çatıb. Bu günədək virusa yoluxanların 4204 nəfəri uşaq, 7985-i isə tibb işçisidir.

Son sutkada pandemiya qurbanlarının sayı 13 nəfər artaraq 1498-ə yüksəlib, indiyədək 31 min 439 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   virus  



Xəbər lenti