TƏBİB: 58 xəstə süni tənəffüs cihazına qoşulub
Bildirilib ki, son sutkada koronavirusa görə 6817 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 634 min 698-a çatıb.
Reanimasiyada olan xəstə sayı 344, süni tənəffüs cihazında olan xəstə sayı 58-dir.
Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 min 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus