Ukraynada sərnişinlərlə dolu avtobus girov götürüldü

Ukraynada sərnişinlərlə dolu avtobus girov götürüldü
  21 İyul 2020    Oxunub:4578
Ukraynanın Lutsk şəhərində naməlum şəxslər içərisində sərnişinlər olan avtobusu ələ keçirib.
Azvision.az xəbər verir ki, onlar partlayıcılar və digər silahlara sahib olduqlarını deyiblər.

Bəzi məlumatlara görə, daha bir avtobus sərnişinlərlə birlikdə girov götürülüb.

Qaçırılan avtobusda təxminən 20 nəfər var. Nəqliyyatın yerləşdiyi ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb. Avtobusun şüşələrindən biri qırılıb, bəzən atəş səsləri eşidilir.

Polis həmin şəxslərlə danışıqlar aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Polis  



Xəbər lenti