Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə danışıqlar apardı

Lavrov Azərbaycan və Ermənistan səfirləri ilə danışıqlar apardı
  21 İyul 2020    Oxunub:4688
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyanla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Azvision.az Rusiya XİN-ə istinadən xəbər verir ki, müzakirələr birgə səhər yeməyi zamanı aparılıb.

"Görüşdə tərəflər Qafqazda təhlükəsizliyin təmin edilməsi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşdirilməsi, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərin gücləndirilməsi perspektivlərini müzakirə ediblər", - Rusiya XİN-dən bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti