Hindistanda hər gün minlərlə insan koronavirusa yoluxur

Hindistanda hər gün minlərlə insan koronavirusa yoluxur
  22 İyul 2020    Oxunub:3551
Hindistanda son sutka ərzində 648 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 28 min 732-yə çatıb. Virusa yoluxanların sayı 37 min 724 nəfər artaraq 1 milyon 192 min 915 nəfər olub. İndiyə kimi 753 min 50 xəstə sağalıb.

Hindistan dünyada COVID-19-a yoluxma hallarının sayına görə üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   virus  



Xəbər lenti