Almaniyada son sutkada 569 yoluxma qeydə alındı

Almaniyada son sutkada 569 yoluxma qeydə alındı
  23 İyul 2020    Oxunub:2093
Son sutka ərzində Almaniyada daha 569 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, bir gündə 6 nəfər COVID-19 virusundan ölüb. Pandemiya qurbanlarının ümumi sayı 9101 nəfərdir. Ölkə üzrə koronavirusa yoluxanların sayı 203 368 nəfərə yüksəlib.

Ən çox yoluxma faktı Bavariya (50 049), Şimali Reyn-Vestfaliya (46 615) və Baden-Vürttemberq (36 565) qeydə alınıb. Berlində virusa yoluxanların sayı 8860 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoxİnstitutu   Almaniya  



Xəbər lenti