Çinin koronavirus statistikası açıqlandı

Çinin koronavirus statistikası açıqlandı
  23 İyul 2020    Oxunub:2174
Çində son sutka ərzində koronavirus infeksiyasına 22 aktiv, daha 31 asimptomatik yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

22 aktiv yoluxmanın 19-u yerli, qalanları ölkəyə idxal olunub. Bir gündə 15 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ümumilikdə, Çində 83 729 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 78 855 nəfər sağalıb, 240 COVID-19 xəstəsinin müalicəsi davam edir. Bu günədək virusa yoluxmuş 4634 nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti