Dünyada koronavirusdan ölənlərin sayı 630 mini ötdü

  Dünyada koronavirusdan ölənlərin sayı 630 mini ötdü
  23 İyul 2020    Oxunub:3307
Dünyada koronavirus infeksiyasına yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir.

Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda virusa yoluxma sayı 15 milyon 379 min 943, pandemiya qurbanlarının sayı isə 630 min 313 nəfərə çatıb.
İndiyədək 9 milyon 354 min 882 xəstə sağalıb.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Azvision.az



Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti