Qarabağda yoluxma sayı artmaqda davam edir

Qarabağda yoluxma sayı artmaqda davam edir
  23 İyul 2020    Oxunub:2649
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirusa 4 yeni yoluxma qeydə alınıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeni yoluxmalar Xankəndi və Əsgəran şəhərlərində aşkarlanıb.

Bununla Dağlıq Qarabağda koronavirusa yoluxanların ümumi sayı 187 nəfərə çatıb. Hazırda 76 nəfər təcrid olunub, ölüm halı qeydə alınmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  



Xəbər lenti