“Ermənistan sülhə vadar edilməlidir, başqa yol yoxdur” - Xələf Xələfov

“Ermənistan sülhə vadar edilməlidir, başqa yol yoxdur” -  Xələf Xələfov
  23 İyul 2020    Oxunub:4635
Gərginliyin artmasının bütün məsuliyyəti Ermənistanın hazırkı rejiminin üzərinə düşür.
Azvision.az xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, ermənilərin xaricdə gərginliyi artırmaq üçün aksiyaları davam etdirəcəkləri və ənənəvi erməni terror təşkilatları “Daşnaksütyun”un hərbi qanadını, ASALA-nı bu prosesə cəlb etməyəcəklərinə heç kim təminat vermir: "Bu terror təşkilatlarının fəaliyyəti son vaxtlar səngisə də, onlar hələ mövcuddur, XİN-in bəyanatında da ölkələri diqqətli olmağa çağırmışıq".

X.Xələfov vurğulayıb ki, həmin ölkələr diplomatlarımızın, soydaşlarımızın təhlükəsilzliyinin təminatını artırmalıdır: “Hamımız ayıq olmalıyıq. Həm diplomatlarımız, həm də sadə vətəndaşlar”.

Onun sözlərinə görə, diplomatik missiyalar soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün hüquq-mühafizə orqanları ilə sıx işləyir.

Nazir müavini əlavə edib ki, Azərbaycan regionda gərginliyin artmasında, müharibədə maraqlı deyil: “Biz işğal olunmuş ərazilərin qaytarılmasında maraqlıyıq. Minsk qrupunun həmsədrləri dərk edir ki, status-kvonun saxlanılması mümkün deyil. Ermənistan sülhə təhrik edilməlidir, başqa yol yoxdur. Əgər sülhə gəlmək istəmirsə, danışıqlar prosesin pozursa, o zaman sülhə vadar edilməldir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN  



Xəbər lenti