İranda koronavirus qurbanlarının sayı 15 mini ötüb

 İranda koronavirus qurbanlarının sayı 15 mini ötüb
  23 İyul 2020    Oxunub:3267
İranda son sutka ərzində 2621 nəfər koronavirusa yoluxub.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 284 min 34 nəfərdir.

Bir gündə daha 221 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 15 min 74-ə çatıb. Hazırda 3667 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  



Xəbər lenti