Rusiyada koronavirusdan ölənlərin sayı 13 mini keçdi

 Rusiyada koronavirusdan ölənlərin sayı 13 mini keçdi
  24 İyul 2020    Oxunub:3344
Rusiyada son sutka ərzində daha 5811 nəfər koronavirus infeksiyasına yoluxub, bununla ümumi yoluxma sayı 800 849-a yüksəlib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bir gündə virusdan 154 nəfər ölüb.

Ölkə üzrə pandemiya qurbanlarının sayı 13 046 nəfərdir. İndiyədək Rusiyada 588 774 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  



Xəbər lenti