Kiyevdə ermənilər azərbaycanlı tələbələrə atəş açdı
"Strana.ua" saytı yerli polisdəki mənbələrinə istinadən yazıb ki, hadisə Konovaltsya küçəsi, 36-B ünvanında baş verib. Naməlum silahlı şəxslər iki azərbaycanlı tələbəni tapançadan atəşə tutub.
Məlumata əsasən, Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb. O, Kiyevdəki 8 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Digər soydaşımız 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından vurulub və xəstəxanaya yerləşdirilmədən ona yardım göstərilib.
Hadisə yerindən 9 giliz tapılıb. Faktla bağlı araşdırma aparılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ukrayna







Vaxtında, Aydın, Lazımlı!


