Rusiyada koronavirus peyvəndi bu tarixdə istifadəyə veriləcək

Rusiyada koronavirus peyvəndi bu tarixdə istifadəyə veriləcək
  29 İyul 2020    Oxunub:3175
Rusiyada koronavirus infeksiyası əleyhinə peyvənd avqustun 15-də dövriyyəyə buraxıla bilər.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Məlumata görə, Milli Tədqiqat Mərkəzində yaradılmış və ekspertizaya göndərilən peyvənd 10-12 avqust tarixlərində qeydiyyata alına bilər. Peyvəndin yoxlanılması üçün 5-7 gün tələb olunur.

"Bundan sonra gözlənildiyi kimi, avqustun 15-də peyvənd dövriyyəyə girə bilər", - deyə mənbə bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Peyvənd  





Xəbər lenti