Rusiyada silsilə qətllər hazırlayan İŞİD tərəfdarları tutuldu

Rusiyada silsilə qətllər hazırlayan İŞİD tərəfdarları tutuldu
  29 İyul 2020    Oxunub:3003
Rusiyada təhlükəsizlik qüvvələri əməkdaşlarını qətlə yetirməyi planlaşdıran İŞİD terror qruplaşmasının tərəfdarları saxlanılıb.
Azvision.az Federal Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, Orta Asiya mənşəli şəxslər Rusiya Federasiyasının hərbi qulluqçularını, hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetirməyi, daha sonra Yaxın Şərq bölgəsinə getməyi planlaşdırırmışlar.

Onların yaşadıqları yerdən cinayət işlərində istifadə olunan rabitə vasitələri, bank kartları ələ keçirilib, araşdırmalar davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyaFederasiyas  





Xəbər lenti