“Mersin limanı Livanın xidmətində olacaq” - Fuat Oktay

“Mersin limanı Livanın xidmətində olacaq” -  Fuat Oktay
  08 Avqust 2020    Oxunub:3905
"Livan Prezidenti ilə görüşdə daha çox ərzaq, tibbi yardım etməyə hazır olduğumuzu və yardımı bundan sonra da davam etdirəcəyimizi bildirdim".
Azvision.az xəbər verir ki, bunu Livan Prezidenti Mişel Aun ilə görüşdən sonra Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O bildirib ki, Türkiyədəki bütün xəstəxanalar və ambulans təyyarələri Livanın ixtiyarındadır.

“Beyrut limanı təkrar istifadəyə hazır olana kimi Mersin limanımızın Livanın ixtiyarında olacağını bəyan etdik”.

Türkiyəli rəsmi, həmçinin əlavə edib ki, Beyrut limanı ciddi zərər görüb və ətrafındakı binaların inşası məsələsində də Türkiyə dəstək verməyə sonuna qədər hazırdır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Beyrut  





Xəbər lenti