İranda COVID-19-dan ölüm sayı 20 minə çatır

İranda COVID-19-dan ölüm sayı 20 minə çatır
  18 Avqust 2020    Oxunub:2496
İranda son sutka ərzində daha 168 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 19 972 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2385 nəfər artaraq 347 835-ə yüksəlib.

İndiyə qədər 300 881 pasiyent sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  



Xəbər lenti