Çin Rusiya peyvəndini yüksək qiymətləndirdi

Çin Rusiya peyvəndini yüksək qiymətləndirdi
  20 Avqust 2020    Oxunub:3130
Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin epidemiya ilə mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çun Nanşan Rusiyanın koronavirusa qarşı peyvəndini yüksək qiymətləndirib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfirliyi məlumat yayıb.

Bundan əlavə, epidemioloq Rusiyanı peyvəndin qeydiyyat prosedurunun başa çatması münasibətilə təbrik edib.

O, həmçinin peyvəndin təhlükəsizliyindən əmin olduğunu deyərək, klinik sınaqların uğurla başa çatacağına ümidvar olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti