Dünyada koronavirusdan ölənlərin sayı 830 minə çatır

 Dünyada koronavirusdan ölənlərin sayı 830 minə çatır
  27 Avqust 2020    Oxunub:2533
Dünyada koronavirusa yoluxanların sayı 24 milyon 344 min 799-a çatıb.
Azvision.az Worldometer saytının yenilənmiş məlumatlarına əsasən xəbər verir ki, 829 778 nəfər virusun qurbanı olub, 16 878 683 xəstə sağalıb, 6 636 338 nəfərin müalicəsi hələ də davam edir.

Ən çox yoluxmaya və ölüm hallarına ABŞ-da rast gəlinib. Birləşmiş Ştatlarda 6 001 017 nəfər yolxub, 183 663 xəstə həyatını itirib.

Braziliya (117 756), Meksika (62 076), Hindistan (60 652), Böyük Britaniya (41 465), İtaliya (35 458), Fransa (30 544), İspaniya (28 971), Peru (28 124), İran ( 21 020), Kolumbiya (18 184), Rusiya (16 683), Cənubi Afrika (13 502) və Çili (10 990) kimi ölkələrdə isə ölənlərin sayı 10 mini keçib.

Şahanə Rəhimli
Azvision.az





Teqlər: COVİD-19   Dünya   Statistika  



Xəbər lenti