2021-ci ildə nə qədər borc qaytarılacaq? - RƏSMİ

2021-ci ildə nə qədər borc qaytarılacaq? -  RƏSMİ
  03 Sentyabr 2020    Oxunub:2533
Azərbaycanın dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2 351,8 mln. manat məbləğində vəsait nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilib.

Qeyd olunan vəsaitin 1 787,3 mln. manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 mln. manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147 mln. manat məbləğində hissəsi isə daxili dövlət borcuna xidmət xərclərinə yönəldiləcək.

Azvision.az


Teqlər: Dövlət-borcu  





Xəbər lenti