Naxçıvanda yeni tədris ili başladı

Naxçıvanda yeni tədris ili başladı
  15 Sentyabr 2020    Oxunub:2719
Naxçıvan Muxtar Respublikasında yeni dərs ilində 211 ümumtəhsil məktəbində 52648 şagird təhsilə başlayır.
Azvision.az xəbər verir ki, onlardan 5224 şagird I sinifdə təhsil alacaq. Oktyabrın 1-dən isə məktəbəhazırlıq siniflərinə 3584 uşağın qəbul olunması gözlənilir.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2911 məzun bitirib. Onlardan 275 abituriyent 500-dən yuxarı bal toplayıb ki, onların da 165-i, yaxud 60 faizi qızlar, 110-u, yaxud 40 faizi isə oğlanlardır. Ali məktəblərə qəbulda muxtar respublikanın 110 məktəbinin məzunları 500-700 arası nəticə göstərib.

Azvision.az


Teqlər: Naxçıvan   Təhsil   Məktəb  





Xəbər lenti