“The Guardian” Azərbaycan səfirinin cavab məktubunu dərc edib

“The Guardian” Azərbaycan səfirinin cavab məktubunu dərc edib
  01 Oktyabr 2020    Oxunub:699
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə sentyabrın 27-dən başlayaraq Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərlə əlaqədar “The Guardian” qəzetində dərc olunan və reallığı təhrif edən məqalələrlə bağlı qəzetin redaksiyasına məktub ünvanlayıb.
Qeyd olunan məktubda səfir Tahir Tağızadə yazır: “Dağlıq Qarabağ mübahisəli bölgə deyil. Azərbaycanın yeddi rayonu ilə birlikdə Ermənistan tərəfindən işğal edilmiş beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələri bu günədək yerinə yetirilməyib.

Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma “Dağlıq Qarabağ Respublikası” rejimini qurub. Lakin bu qeyri-qanuni rejim beynəlxalq ictimaiyyət və hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Beləliklə, “Dağlıq Qarabağ hərbi heyəti” deyə bir şey ola bilməz.

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü öldürülüb.

Ermənistanın onilliklər boyu davam edən işğalçı və təcavüzkar siyasətinin nəticəsi olaraq ortaya çıxan və Ermənistan tərəfindən başladılan son toqquşmalarla bağlı birbaşa məsuliyyət Ermənistanın üzərindədir”.

Azvision.az



Teqlər:





Xəbər lenti