Ermənilər Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarını görəcək

 Ermənilər Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarını görəcək
  03 Noyabr 2020    Oxunub:4359
Ağrı dağının Ermənistandan görünən zirvəsi Azərbaycan və Türkiyə bayraqları ilə proyeksiya ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Ağrı bələdiyyəsinin sədri Savcı Sayan bildirib.

O, sosial şəbəkədə hazırlanan görüntünü paylaşaraq yazıb: “Ağrı bələdiyyəsi olaraq sürətli bir iş görürük. Tezliklə Ağrı dağının Ermənistana baxan hissəsində bu görüntünü görəcəksiz. Ümid edirəm ki, cəbhədəki Ermənistana “stimul” olar”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ağrı-dağı   Bayraq  





Xəbər lenti