Paytaxtda dizel yanacağının istehsalı azalıb

Paytaxtda dizel yanacağının istehsalı azalıb
  03 Noyabr 2020    Oxunub:2012
Üç rübdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 257,3 milyon manat olmaqla 2019-cu ilin eyni dövrü ilə müqayisədə sabit qiymətlərlə 5,4 faiz azalıb.
Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 20 faiz, ağ neftin istehsalı 22,5 faiz, azkükürdlü mazutun istehsalı 55,4 faiz, avtomobil benzininin istehsalı 6,9 faiz, dizel yanacağının istehsalı 5,7 faiz azalıb.

Sürtkü yağlarının istehsalı 10,5 faiz, neft bitumunun istehsalı isə 36,2 faiz artıb.


Teqlər: Dizel   Yanacaq  





Xəbər lenti