“Nikol, sən artıq məğlub olmusan” - Erməni deputat
“Nikol, mənə qarşı bu təhqirlərə və aparılan əxlaqsız kampaniyaya görə səni peşiman edərəm. Mənim yerimi bilirsiniz, qoy adamlarından biri gəlsin, qarşımda dayansın və nifrət etdiyini desin... Məni xain kimi göstərməyə boş yerə çalışırsınız, axmaqlar. Məni tanıyan hər kəs xəyanətdən nə qədər uzaq olduğumu bilir.
Xəyanətkar 3000 gəncin evinin işığını söndürən, kreslodan bərk yapışan liderinizdir. Nikol, sən artıq daxili siyasətdə məğlub oldun, etməli olduğun tək şey buna inanmağındır. Yaxşı, bir-birinizi qucaqlayın, sizə mane olmayacağam”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Nikol-Paşinyan