Azərbaycanın tarixi qələbəsi Küveytdə qeyd olundu
Azərbaycan, Türkiyə və Küveytin bayraqları ilə bəzədilmiş avtomobillər və motosikletlər Küveyt qüllələrinin yanından başlayaraq şəhərin mərkəzi küçələri boyunca hərəkət ediblər. Küveytdəki Azərbaycan icmasının iştirakı ilə təşkil edilən avtoyürüş Azərbaycanın bu ölkədəki səfirliyinin qarşısında başa çatıb.
Bu möhtəşəm yürüşə şahidlik edən yerli jurnalistlər Azərbaycan diasporunun qələbə sevincinə qoşularaq hadisəni işıqlandırıblar.
Azvision.az
Teqlər: Küveyt Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


