Moldova mətbuatı ermənilərin vəhşiliyindən yazdı

Moldova mətbuatı ermənilərin vəhşiliyindən yazdı
  17 Noyabr 2020    Oxunub:1426
Moldovanın nüfuzlu KİV-ləri Azərbaycanın Kəlbəcər, Laçın və Ağdam rayonlarında evlərin ermənilər tərəfindən yandırıldığına dair xəbərləri geniş işıqlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Timbul”, “Tribuna”, NOİ.MD, AVA.MD kimi informasiya portallarında dərc edilən məlumatlarda Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxan ermənilərin evlərə od vurduqları, meşələri yandırdıqları barədə foto və videolarla birgə ətraflı məlumatlar təqdim edilib.

Həmçinin materiallarda o da vurğulanıb ki, ermənilər azərbaycanlılara qalmaması üçün evlərini yandırır, ağacları kəsirlər.

Qeyd edilib ki, əldə olunan razılaşmaya əsasən, Ermənistan dekabrın 1-dək Kəlbəcər, Laçın və Ağdam rayonlarını Azərbaycana qaytarmalıdır.

Azvision.az


Teqlər: Moldova  





Xəbər lenti